Tacikistanda dağlarda köməksiz qalan bir qrup rusiyalı turist helikopterlə təxliyə ediləcək


Tacikistan dağlarında köməksiz vəziyyətdə qalmış bir qrup rusiyalı turistin iyulun 24-də helikopterlə təxliyə edilməsi planlaşdırılır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb.

Tacikistanın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, beş rusiyalı turistdən ibarət qrup Turamis-1 aşırımından enərkən onlardan birinin yıxılaraq başından və ayağından xəsarət alması barədə məlumat daxil olub.

Hazırda qrup dəniz səviyyəsindən 4 200–4 300 metr yüksəklikdə yerləşən "Polyana Moskvina" turizm bazasındadır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}