Əsas Səhifə > REGİON > Tacikistanda dağlarda köməksiz qalan bir qrup rusiyalı turist helikopterlə təxliyə ediləcək
Tacikistanda dağlarda köməksiz qalan bir qrup rusiyalı turist helikopterlə təxliyə ediləcəkBu gün, 10:19 |
|
Tacikistan dağlarında köməksiz vəziyyətdə qalmış bir qrup rusiyalı turistin iyulun 24-də helikopterlə təxliyə edilməsi planlaşdırılır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb. Tacikistanın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, beş rusiyalı turistdən ibarət qrup Turamis-1 aşırımından enərkən onlardan birinin yıxılaraq başından və ayağından xəsarət alması barədə məlumat daxil olub. Hazırda qrup dəniz səviyyəsindən 4 200–4 300 metr yüksəklikdə yerləşən "Polyana Moskvina" turizm bazasındadır. Geri qayıt |