Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb


Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}