Əsas Səhifə > SAĞLAMLIQ > Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıbBu gün, 11:44 |
|
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib. Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb. Şəffaflıq.az Geri qayıt |