Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.


Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.

Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.

Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}