Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.18-04-2026, 08:06 |
|
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub. Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür. Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq. Geri qayıt |