Xalq artistindən məşhur mahnıya ikinci nəfəs - FOTO


Azərbaycanın xalq artisti Aygün Kazımova özünün “TikTok” hesabında izləyiciləri üçün sürpriz olan xəbəri paylaşıb. 

Belə ki, müğənni hələ 2000-ci illərin əvvəllərində, daha dəqiq desək, 22 il bundan əvvəl, 2001-ci ildə ifa etdiyi və həmin yay “İlin hiti” olan “Ya i tı” mahnısına ikinci həyat vermək qərarına gəlib. 

Əvvəlkindən fərqli olaraq xalq artisti mahnını bu dəfə Azərbaycan dilində ifa edəcək. Yeni aranjimanda təqdim olunacaq mahnının indi də yayın hiti olacağı gözlənilir. 

Superulduzun “TikTok” hesabında paylaşdığı videoya aşağıdakı linkə keçid edərək baxa və mahnının hazırlanmasının sonrakı gedişatı üçün səhifəni izləyə bilərsiniz.

https://www.tiktok.com/@aygun.kazimova?is_from_webapp=1&sender_device=pc




Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}