Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışı ilə bağlı paylaşım edib

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışı ilə bağlı paylaşım edib.
Şəffaflıq.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı özünün instaqram səhifəsində fotolar paylaşıb.
"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışında iştirak ediblər", - deyə Mehriban Əliyeva yazıb.
Qeyd edək ki, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlanıb. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.
Опубликовать

Ещё публикации от firstvicepresidentazerbaijan
✔Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub.  #President #FirstvicepresidentofAzerbaijan #İlhamƏliyev #IlhamAliyev #MehribanƏliyeva #MehribanAliyeva #Azerbaijan
✔Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.  #President #FirstvicepresidentofAzerbaijan #İlhamƏliyev #IlhamAliyev #MehribanƏliyeva #MehribanAliyeva #Azerbaijan
✔Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.  #President #FirstvicepresidentofAzerbaijan #İlhamƏliyev #IlhamAliyev #MehribanƏliyeva #MehribanAliyeva #Azerbaijan
✔Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər.  #President #FirstvicepresidentofAzerbaijan #İlhamƏliyev #IlhamAliyev #MehribanƏliyeva #MehribanAliyeva #Azerbaijan
✔Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.  #President #FirstvicepresidentofAzerbaijan #İlhamƏliyev #IlhamAliyev #MehribanƏliyeva #MehribanAliyeva #Azerbaijan
✔Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub. ✔Museum Mausoleum Complex of great Azerbaijani poet Molla Panah Vagif opened in Shusha after restoration.  #President #FirstvicepresidentofAzerbaijan #İlhamƏliyev #IlhamAliyev #MehribanƏliyeva #MehribanAliyeva #Azerbaijan

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}