Azərbaycan millisinin üzvü Rusiyada gümüş medal qazandı - FOTO


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının A Yüksək Liqasının ikincisi olub.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, blokçunun formasını geyindiyi “Severyanka” klubu son qarşılaşmada “Lokomotiv-2” ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi A Yüksək Liqanın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}