Qəbələdə avtomobil 10 yaşlı uşağı və onun əmisini vurub


Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az  xəbər verir ki, hadisə rayonun Məlikli kəndi ərazisində qeydə alınıb.

Dünən axşam saat 22 radələrində sürücü, rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında hərəkətdə olan piyadalar - 1992-ci il təvəllüdlü Şahid Kərimovu və onun qardaşı qızı, 10 yaşlı Ə.Kərimovanı vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və şöbənin İstintaq bölməsində araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}