Masallıda 400-dək şagirdin təhsil aldığı məktəb hər an uça bilər - VİDEO


Masallı rayon Mahmudavar kənd tam orta məktəbi 1978-ci ildən istifadəyə verilib. Fin tipli layihə əsasında tikilən məktəbdə bu günə kimi əsaslı təmir işləri aparılmayıb.

Hazırda bina qəzalı vəziyyətdədir: pəncərə-qapıları sınıq, döşəmə isə yararsızdır. Bina uçmaq təhlükəsi ilə üz-üzədir. İstilik sistemindən danışmağa belə dəyməz.

Vaxtilə 800-dək şagirdin üz tutduğu məktəbdə hazırda 397 nəfər təhsil alır. Valideynlər təhlükəsizlik səbəbindən məcbur olub övladlarını baş təhsil ocaqlarına göndərirlər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}