İranda kimyəvi maddələr zavodunda güclü partlayış olub

 

İranın İsfahan şəhərində yerləşən kimyəvi maddələr və fişəng istehsalı üzrə ixtisaslaşmış müəssisədə partlayış baş verib.

Şəffaflıq.az bildirir ki, həmin hadisə barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Kimya zavodundakı partlayışın səbəbləri araşdırılır. Xəsarət almış 9 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə yerli təcili yardım xidmətinin məbuat katibi Abbas Abədi bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}