Əsas Səhifə > Hadisə / Region > İranda kimyəvi maddələr zavodunda güclü partlayış olub

İranda kimyəvi maddələr zavodunda güclü partlayış olub


23-05-2021, 23:07

 

İranın İsfahan şəhərində yerləşən kimyəvi maddələr və fişəng istehsalı üzrə ixtisaslaşmış müəssisədə partlayış baş verib.

Şəffaflıq.az bildirir ki, həmin hadisə barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“Kimya zavodundakı partlayışın səbəbləri araşdırılır. Xəsarət almış 9 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə yerli təcili yardım xidmətinin məbuat katibi Abbas Abədi bildirib.

Geri qayıt