İranda partlayış oldu, azı 217 nəfər yaralandı

 

İranın qərbində güclü partlayış baş verib.

Şəffaflıq.az-ın “TASS”a istinadən məlumatına görə, İlam əyalətinin Çardaval bölgəsində xlor balonunun partlaması nəticəsində azı 217 nəfər xəsarət alıb. Bu barədə əyalət başçısı İlyas Fəttahi bildirib.

Onun sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir, vəziyyət nəzarət altındadır.

Partlayışın səbəbi araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}