Tehranda güclü partlayış baş verib

 

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib. 


Şəffaflıq.az xəbər verir ki, bu gün qeydə alınan partlayış nəticəsində 30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}