Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq

 

Azərbaycanda bir sıra dövlət qurumları balanslarında olan bəzi avtomobilləri hərraca çıxarılır.

Şəffaflıq.az "Musavat.com"-a istinadən xəbər verir ki, 11 may 2021-ci il tarixdə keçiriləcək hərracda 26 avtomobil satışa çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı linkdə göstərilmişdir:

https://www.musavat.com/news/azerbaycanda-bu-tarixde-ucuz-avtomobiller-satisa-cixarilacaq_791750.html

Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}