Tokioda keçirilən ilk hərracda mavi tuna balığı 202 min dollara satılıb


 

Yanvarın 5-də Tokionun Toyosu balıq bazarında keçirilən ilk hərracda mavi tuna balığı ötənilki hərracdan fərqli olaraq çox ucuz qiymətə - cəmi 20,84 milyon yenə (202 min dollar) satılıb.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, hərracda qiymətin düşməsinə səbəb kimi koronavirus pandemiyasının restoran biznesinə vurduğu ziyan göstərilir. Bildirilir ki, ilin ilk hərracında Yaponiyanın şimal-şərq sahillərində yerləşən Aomori prefekturasının Ome limanında tutulan 208 kiloqramlıq tuna balığı Tokiodakı suşi restoranları şəbəkəsinə satılıb.

Xatırladaq ki, 2019-cu ildə Tsukuci balıq bazarı Toyosuya köçürüldükdən sonra keçirilən ilk hərracda 278 kiloqramlıq tuna balığı 333,6 milyon yenə (təqribən 3 milyon dollar) satılmışdı.

Cari ildə ilk hərrac yerli vaxtla səhər saat 5-də alıcıların iştirakı ilə başlayıb. Koronavirus pandemiyasına görə, turistlər arasında populyarlığı ilə seçilən balıq bazarına tamaşaçılar buraxılmayıb.

Hərracın qalibi olan “Yamayuki” topdan satış şirkətinin prezidenti Yukitaka Yamaquçi cari ildəki qiyməti “münasib” adlandırıb. Bildirib ki, çoxsaylı neqativ xəbərlər arasında bunu yaxşı nəticə hesab etmək olar.

Tokio paytaxt hökumətinin məlumatına görə, 1999-cu ildən aparılan qiymət müqayisəsinə görə bu qiymət 7-ci yeri tutub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}