Şamaxı 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

Şamaxı 2 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.
Şəffaflıq.az Mediasiya Şurasına istinadən bildirir ki, Şamaxı 2 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Şamaxı 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 

Qeyd edək ki, 9 aprel 2026-cı il tarixindən etibarən Şamaxı, Xızı, Siyəzən rayonu üzrə vətəndaşlar Şamaxı 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
🖇 Şamaxı 2 saylı mediasiya təşkilatının məlumatları:
Direktor: Fətullayev Vəfalı Əzizbaba oğlu
📍 Ünvan: Şamaxı şəhəri, Gənclər küçəsi 21
📧 Email: samaximediasiya@gmail.com
📞 Telefon: +994 (99) 311 11 55



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}