Əlcəzairdə ağır yol qəzası olub, onlarla ölən var

 

Əlcəzairin cənubunda baş verən ağır yol qəzasında 20 nəfər həlak olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə TSA internet qəzeti ölkənin xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, “Toyota” avtomobili Tamanrasset əyalətinin İn-Amqel rayonunda idarəetmədən çıxaraq aşıb. Ölənlərdən yalnız biri Əlcəzair vətəndaşıdır. Digərlərinin hamısı Afrikanın başqa ölkələrindən gələnlərdir.

Qəza zamanı həmçinin 11 nəfər xəsarət alıb. Məlumata görə, yaralılar da əcnəbilərdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}