Şirvanda yol qəzası: ölən və yaralananlar var

 

Şirvan şəhərində 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Belə ki, sürətlə hərəkətdə olan “Saipa” markalı avtomobil idarəetmədən çıxaraq iki “Jiquli” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1968-ci il təvəllüdlü Ələkbərov Eldar Mirabhüseyn oğlu, 1980-ci il təvəllüdlü Soltanov Ələsgər Sədrəddin oğlu və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}