Azərbaycanda turist avtobusu aşdı - ÖLƏNLƏR VAR - VİDEO

 Fövqəladə Hallar Nazirliyi bu gün İsmayıllı rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Şəffaflıq.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “ВАЗ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




 Bu gün İsmayıllı rayonunda ağır yol qəzası baş verib.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı-Muğanlı-Şəki yolunun İsmayıllının Bilzan kəndindən keçən hissəsində turist avtobusu minik avtomobili ilə toqquşub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.
Azərtac xəbər verir ki, qəzada Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.
Hadisə barədə ətraflı məlumat veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}