Britaniyada koronavirusa 53 mindən artıq yeni yoluxma

 

Böyük Britaniyada son sutka ərzində koronavirusa 53 285 yeni yoluxma qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “RİA Novosti” Böyük Britaniyanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Son 24 saatda ölkədə daha 613 nəfər koronavirusdan ölüb.

Xatırladaq ki, ölkədə ötən gün rekord sayda 55 892 yoluxma qeydə alınmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}