Britaniyada COVID-19-a yoluxma halları yenidən artır

 

Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 1033 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər infeksiyadan ölüb.

Şəffaflıq.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 323 min 313, xəstəlikdən ölənlərin sayı isə 41 min 405 nəfərə çatıb.

Son günlər ölkədə yoluxma hallarında artım müşahidə edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}