Britaniyada pandemiya qurbanlarının sayı 43,4 mini ötdü

 

Son sutkada Böyük Britaniyada koronavirusdan daha 186 nəfər ölüb


Şəffaflıq.az xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 43 414 nəfərə çatıb.

Qeyd edilir ki, son sutkada COVID-19-a daha 1 006 yoluxma aşkarlanıb. Beləliklə, Böyük Britaniyada COVID-19 xəstələrinin sayı 309 360 nəfərə yüksəlib.

Ötən gün Britaniyada koronavirusdan 149 nəfər ölüb, virusa 1 118 yoluxma aşkarlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}