Britaniyada gün ərzində rekord sayda koronavirusa yoluxma qeydə alınıb

 

Böyük Britaniyada gün ərzində aşkar edilən yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 35,9 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Şəffaflıq.az xəbər verir ki, bunu hökumətin saytında yerləşdirilən məlumatlar göstərir. Bundan bir gün əvvəl krallıqda 27 mindən bir qədər çox infeksiyaya yoluxma halı qeydə alınmışdı. Əvvəlki antirekord – 35,3 min yoluxma – 17 dekabrda təyin olunmuşdu, lakin sonradan texniki səhv səbəbindən Uelsdə qeydə alınmamış infeksiyaya yoluxma halları da əlavə edildi.

Son 24 saat ərzində ölənlərin sayı 326 (şənbə günü 534 nəfərdən çox) olub. Ümumilikdə Britaniyada 67,4 min insan ölüb ki, bu da Avropada İtaliyadan sonra ikinci böyük rəqəmdir. Aşkarlanan infeksiya hallarının sayı 2,04 milyonu keçib, son yeddi gün ərzində ölkədə aşkarlanan yoluxmaların sayı əvvəlki yeddi günə nisbətən 51% artıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}