Rusiyada polislə silahlılar arasında atışma olub, 7 nəfər ölüb, 4 nəfər yaralanıb


Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində ikisi polis, beşi yaraqlı olmaqla yeddi nəfər ölüb, dörd asayiş keşikçisi yaralanıb.

Şəffaflıq.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin yeli idarəsi yayıb.

Məlumata görə, aprelin 29-da gecə saatlarında “VAZ-2109” markalı maşından müvəqqəti polis postu istiqamətində partlayıcı tulladıqdan sonra avtomat silahından atəş açmağa başlayıblar.

Bildirilib ki, hadisə yerindən əldəqayırma bomba aşkarlanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}