Britaniyada gün ərzində rekord sayda koronavirusa yoluxma qeydə alınıb

 

Böyük Britaniyada son sutkada 36 804 nəfər koronavirusa yoluxub ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.


Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 110 314 nəfərə çatıb.

Son sutka ərzində 691 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 68 307 nəfər təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}