Günün qoroskopu: 17 dekabr

Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Əhvalınız tez-tez dəyişəcək. Xırda işə sevinməyinizin və ya heç bir səbəb olmadan qəmlənməyinizin niyə baş verdiyini özünüz də anlamırsınız. Ən sadə işlərə diqqəti yönəltmək asan deyil. Fəqət pərişan və bədbin olmayın.
Buğa - Yaşamınızı çətinləşdirməyin. Önəmli işləri daha münasib zamana qədər təxirə salın. Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir.
Əkizlər - Təşkilati məsələlərin həllini etibar etdiyiniz insana həvalə edin. Dostlar və sevdiyiniz insan sizi dəstəkləməyə çalışırlar. Lakin onlar qəflətən xətrinizə dəyə bilərlər.
Xərçəng -  İstəklərin yerinə yetirilməsi çətin olsa da, sərt cavab verməyin. Qəfil gəlişlər xoş ola bilər. Qonaqları sevindirin.
Şir - Romantik münasibətlər sizi uzun müddət sevindirə bilər. Yaxınlarınızla yanaşı, yaxşı tanımadığınız şəxslər də sizə yardım üçün müraciət edirlər.
Qız - Sadə məsələlərlə yanaşı, mürəkkəb problemlərin həlli üçün münasib gündür. Gəlir, sərfəli anlaşma və uğurlu alış-veriş istisna deyil. İstənilən görüş pis keçməyəcək. Dostlarla yanaşı, müttəfiq tapmaq olar.
Tərəzi - Anlaşma və müqavilələr, alış-veriş üçün vaxt ayıra bilərsiniz. Kommersiya fəaliyyəti üçün əlverişli zamandır.
Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil.
Əqrəb - Yaxın ətrafınızdakı insanlar fikirlərinizi bölüşməsələr də, münaqişəyə başlamayın. Yaşlılarla təmaslarda həssas olun, onlara yardım edin.
Oxatan - Uğurlu gündür. Zərurət yaranarsa, maraqlarınızı asanlıqla müdafiə edə bilərsiniz. Məntiqi arqumentlərin sayəsində mübahisədə qarşı tərəfi üstələyin.
Oğlaq -  Yeni maraq arayın. Həmfikirlə yanaşı, dost olacaq insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında başlanması ehtimal olunan romantik münasibətlər perspektivli deyil.
Dolça - Yaxın ətrafınızdakı insanlara yardım edəndə cavabında mükafat gözləməyin. Buna rəğmən, "sağ ol" eşitmək pis olmazdı. Günün ikinci yarısında yaradıcılıq potensialı yüksəkdir. Yaşamınızı daha aktiv və maraqlı edin.
Balıqlar - kiçik problemlər və xırda çətinliklər əhvalınızı pozmasın. İstənilən uğursuzluqları ürəyinizə salmayın. Güzəştlərə getməyə çalışsanız da, sizi başqalarının istəklərini anlamaq istəməyən eqoist hesab edirlər.
Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}