COVID-19 peyvəndinin istehsalında problemlər yaranıb
“Pfizer” şirkəti COVID-19 əleyhinə peyvəndin istehsalında problemlərin olduğunu bildirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Fox News” xəbər verib.
“Pfizer”də bildiriblər ki, şirkət ona görə vaksinin planlaşdırılmış dozasının yarısını istehsal etmək niyyətindədir ki, peyvənd üçün xammalın çatdırılması zəncirinin genişləndirilməsi gözlənildiyindən də çox vaxt aparıb. "Həmçinin vurğulamaq lazımdır ki, kliniki sınaqların nəticələri əvvəl planlaşdırıldığından sonra idi", - şirkətin nümayəndəsi deyib.
“Pfizer” və onun Almaniyadan olan partnyoru “BioNTech SE” ilin sonuna kimi yüz milyon vaksin istehsal etməyə hazırlaşırdılar. Ancaq indi planlaşdırılan dozaların sayı iki dəfə - əlli milyona qədər azaldılıb.
Şirkət xammalı ABŞ və Avropadakı təchizatçılardan alır və ötən ay vaksin üçün komponentlərin istehsalının genişləndirilməsi çətin olub. Onda “Pfizer” preparatın sınaqlarının nəticələrini gözləyirdi. Bu halda peyvəndin istehsalı üçün məhz hansı komponentlərin istehsalının çatışmadığı açıqlanmır.
Facebook-da paylaş