Alim Qasımov UNESCO-nun baş qərargahında konsert verdi

 Parisdə UNESCO-nun baş qərargahında beynəlxalq Novruz günü münasibətilə Alim Qasımovun ifasında "Yeddi gözəl" muğam konserti keçirilib.
Şəffaflıq.az "Report"a istinadən xəbər verir ki, konsert Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Novruzun bu mötəbər qurumun qeyri-maddi irs siyahısına salınmasının 10 illiyi münasibətilə baş tutub.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO yanında daimi nümayəndə Anar Kərimov, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblə

Mərasimdə çıxış edən natiqlər bəşəriyyətin bu hər iki irsi haqqında, öz ənənələri ilə xalqları bir-birinə yaxınlaşdıran, universal bir dilə malik Novruz və fərqli dillərdə danışan millətlərin hər birinin hər zaman zövqlə dinlədiyi Azərbaycan muğamı haqqında ətraflı məlumat veriblər.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Novruzun qardaşlıq, dostluq, sülh, barışıq rəmzi olduğunu bildirib və bu bayramın bugünkü münqişələr yaşanılan bir dövrdə əhəmiyyətindən söz açıb.
Dünya şöhrətli xanəndə Alim Qasımovun ifasında Azərbaycan muğamı qonaqların gurultulu alqışları ilə qarşılanıb. Xanəndəni kamançada Mirsaeed Xavər Nejad, tarda Zəki Vəliyev, dəfdə Javidan Nəbiyev müşayiət ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}