Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.


Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın  maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq.      
Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}