“Ermənistan prokurorluğunda qarşıdurma yaranıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Baş prokuror Artur Davtyanın vəzifələrini öz üzərinə götürmək səlahiyyəti olan müavini Gevorq Baqdasaryan, prokuror Kotayk Petrosyan, Hüquqi Nəzarət şöbəsinin müdiri Arsen Martirosyanda daxil olduğu bir “fədakar qrupu”n qurulması barədə məlumatlar var.
Buna sübut həm də dünən prokuror Gevorq Baqdasaryanın Nikol Paşinyana qarşı sui-qəsd iddiası ilə keçirilən məhkəmədə şəxsən iştirakıdır. O, məhkəmədə Paşinyanın vəkillərinin qaldırdığı iddianı rədd edən vəsatət irəli sürdü”, - nəşr qeyd edir.
Facebook-da paylaş