Paşinyanın arvadından Köçəryana ŞOK CAVAB: 10 milyon dollar...
Şəffaflıq.az Axar.az-a istinadla xəbər verir ki, nəşr sabiq prezidentin hər iki oğlunun İrəvanda xidmət keçdiyini və hərbi hissədə gecələmədiyi iddiasını bir daha vurğulayıb.
“Paşinyan Köçəryanın oğullarının xidmətdə olmadığını deməyib. O, sadəcə, oğlu Qarabağda xidmətdə olan yeganə rəhbər olduğunu bildirib. Onlar hərbi qulluqçu kimi Qarabağda bir gün belə keçirməyiblər. Yeri gəlmişkən, bəzi məlumatlara görə, xidmətin sona çatmasından dərhal, ya da çox qısa müddət sonra onların hesabında 10 milyon dollar və daha çox vəsait olub”, - nəşr yazıb.
Nəşr Levon Köçəryanın fotoları ilə verdiyi cavaba da münasibət bildirib. Levon Köçəryanın fotolarını paylaşdığı ərazinin Ermənistanın Lori bölgəsi olduğu qeyd olunub.
Qeyd edək ki, bundan öncə Paşinyan Köçəryanın oğlu Levonun adının hərbi hissədə olsa da, bir gün də kazarmada yatmadığını bildirmişdi. Bunun ardınca isə Köçəryan oğlunun hərbi hissədən olan fotolarını paylaşmaqla, qarşı tərəfi yalançılıqda ittiham etmişdi.
Facebook-da paylaş