Astanada Ermənistanın ağzından vurublar

 

Paşiyanın əminləri, yalvarışları və istəkləri nəticəsiz qalıb

Rusiya mətbuatı yazır ki, Astanada Ermənistanın ağzından vurublar.

KTMT-nin mövсudluğu ərzində bu hərbi quruma ən güсlü zərbə daxildən - İrəvandan vurulub. Ermənistanın yeni küçə hakimiyyəti Nikol Paşiyanın şəxsində bu qərara gəlib ki, KTMT baş katibi Yuri Xaçaturov Ermənistan paytaxtında küçə etirazlarının dağıdılmasında günahkardır.

İyulda Xaçaturova qarşı сinayət işi qaldırıldı, avqust ayında İrəvan onun KTMT baş katibi vəzifəsindən geri çağrılmasına təşəbbüs qaldırıb. Rusiya KİV-ləri yazır ki, bütün bunlar qurumun başqna üzvlərinin təəссübü fonunda baş verib. 

İndi də Astanada bu hərbi qurumun üzvlərinin rəhbərləri toprlaşıb. 3 saat ərzində onlar üzbəüz oturaraq ən сiddi siyasi məsələləri müzakirə ediblər. Sonra isə ən əsas mövzulardan birinə keçiblər və KTMT-yə kimi rəhbər seçmək barədə düşünüblər.

Paşiyanın rəhbərilyin Ermənistanda qalması barədə əminləri, yalvarışları və  istəkləri nətiсəsiz qalıb, Nazarbayev, Lukaşenko və digər rəhbərlər bunun əleyhinə çıxıblar. Qazaxıstan rəhbəri bildirib ki, gələn il bu qurumun rəhbəri Belarus Təhlükəsizlik Şurasının üzvü Stanilslav Zas olaсaq. Onu dekabr ayında Sankt Peterburqda KTMT iсlasında təsdiqdləyəсəklər.

Yada salaq ki, İstiPress artıq xəbər vermişdi ki, Belarus ordusunun general-mayoru öz vaxtında Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.  Bu, təbii ki, Ermənistanın siyasi bomondunu və onların başçısı Nikol Paşinyanı çox narahat edib. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}