Azərbaycandakı erməni əsir Ermənistan hakimiyyətinə səsləndi

 
Bir neçə il əvvəl təmas xəttində təxribat törətməyə cəhd edərkən saxlanılan erməni əsir Arsen Baqdasaryan Ermənistan hakimiyyətinə müraciət edib. Öz xahişi ilə kameralar qarşısına çıxan əsir, Ermənistan hökumətini əsir və girovların ''hamının-hamıya'' prinsipi ilə dəyişdirilməsinə razılaşmağa çağırıb.
Xezerxeber.az-ın məlumatına görə, qoşunların təmas xəttində təxribat törətməyə cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin əsgəri öz dövlətinin hakimiyyətindən narazıdır. 4 il əvvəl saxlanılan Arsen Baqdasaryan Ermənistan hakimiyyətini Azərbaycanın təklif etdiyi əsir və girovların ''hamının-hamıya'' prisinsipi ilə dəyişdirilməsinə razılaşmağa çağırıb.
Öz istəyi ilə jurnalistlərin qarşısına çıxan Arsen Baqdasaryan ölkəsində Dağlıq Qarabağda yaşayanlara qarşı yad münasibətin olduğunu bildirib.
Azərbaycanda saxlanma şəraitindən razı olan Arsen Baqdasaryan 4 il ərzində bir dəfə də xəstələnmədiyini, hətta burada Azərbaycan dilini öyrəndiyini, indi isə ingilis və çin dillərini öyrənməyə çalışdığını bildirib.
Qeyd edək ki, Arsen Baqdasaryan törətdiyi cinayət əməlinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}