Pompeo Qarabağdakı vəziyyətdən danışıb - Sabahkı görüşdən gözləntilərini açıqlayıb

 

ABŞ Dövlət katibi Mayk Pompeo çəənbə günü Dövlət Departamentindəjurnalistlər üçün brifinq zamanı Qarabağdakı vəziyyət və Ermənistan vəAzərbaycan xarici işlər nazirləri ilə cümə günü planlaşdırılan görüşlərdən gözləntilərlə bağlı açıqlamalar verib.

"Bölgədə vəziyyət mürəkkəbdir. Bu, mürəkkəb bir diplomatik vəziyyətdir. Və biz Avropanın əksər ölkələri kimi irəliyə doğru yolun münaqişəyə son qoymaqdan ibarət olduğuna inanırıq. Onlara gərginliyin azaldılmasının vacib olduğu bildiriləcək. Heç bir ölkənin münaqişəyə müdaxilə etməməli, bu müharibəni alovlandırmamalı, heç bir silah sistemi verməməli və dəstək göstərməməli olduğu deyiləcək. Məhz bu nöqtədə hər kəs üçün məqbul olan diplomatik bir həll yolu əldə edilə bilər. Cümə günü onlarla danışacağım bunlardır.

Mən onların bölgədə gördüklərini dair fikirlərini bölüşəcəyini səbirsizliklə gözləyirəm. Təkcə ABŞ-ın deyil, ölkələrin hər birinin maraqlarına uyğun olduğuna inandığımız məqama necə yaxınlaşa biləcəyimizi eşidəcəyimiə ümid edirəm", -deyə Pompeo bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan sabah ABŞ Dövlət katibi Mayk Pompeonun iştirakı ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}