Gürcüstandan ikinci dəfə Azərbaycana dəstək aksiyası keçiriləcək
Şəffaflıq.az xəbər verir ki, vu barədə aksiyanın təşkilatçısı Kənan Babayev məlumat verib.
Məlumata görə, aksiya 4 oktyabr saat 14:00-da Heydər Əliyev parkında keçiriləcək.
"Aksiya oktyabr ayının 4-də, saat 14:00-da Tbilisidə yerləşən Heydər Əliyev parkında başlayacaq və daha sonra aksıya iştirakçıları ilə bərabər Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısına qədər yürüş edəcəyik. Aksiya tamami ilə dinc şəkildə keçəcək. Bizim ölkəmizdə separatizmdən əziyyət çəkir və bu gün Azərbaycanda separatizmdən əziyyət çəkir. Hal-hazırda Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etmək üçün uğurlu döyüşlər aparır, buna görədə bizim aksiyanın məqsədi Azərbaycan və Ermənistan arasında baş verən qızğın müharibədə Azərbaycan dövlətinə və əsgərinə dəstək olmaqdır. Qəlbində millət və Azərbaycan sevgisi olanlar bu aksiyaya qoşulmağa çağırıram", - deyə təşkilatçı bildirib.
Facebook-da paylaş