Gürcüstan azərbaycanlıları Tbilisidə yenə etiraz aksiyası keçirdilər - FOTO
Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə ölkə parlamentinin yaxınlığında etiraz aksiyası keçiriblər.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, aksiyada Qardabani rayonunun Qaracalar kəndinin bir qrup sakini iştirak edib.
Aksiyanın əsas tələbi iki il öncə kənddə saxlanılan üç gəncin məhkəmə işinə yenidən baxılması və onların cəzalarının yüngülləşdirilməsidir.
Qaracalar sakinləri məhkəmənin Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayevə qarşı çıxarılan 12 illik həbs cızasının ədalətsiz olduğunu bildiriblər. Onlar həmin gənclərin heç bir günahının olmadığını deyiblər.
Aksiyaçıların sözlərinə görə, oktyabrın 22-də Apellyasiya Məhkəməsində işə baxılacaq.
Qaracalar sakinləri məhkəmənin ədalətli olacağına ümid etmədiklərini söyləyiblər.
Aksiya iştirakçılarının bir neçəsi parlamentə dəvət olunub.
Parlament nümayəndəsi məsələnin diqqətdə saxlanılacağını bildirib. Qanunverici orqanın işlə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, Qaracalar sakinləri eyni tələblə ötən gün Tbilisidə Baş Prokurorluğun binası qarşısında da aksiya keçiriblər.
Facebook-da paylaş