Bəşəriyyət koronavirusa nə vaxt qalib gələcək - Bill Qeyts proqnoz edir
Bill Qeyts hesab edir ki, dünya koronavirusa 2022-ci ildən tez qalib gələ bilməyəcək. Bununla eyni vaxtda o, istisna etməyib ki, amerikalılar artıq gələn yay normal həyata qayıdacaqlar - yaradılmış vaksinin hesabına.
«Microsoft»-un yaradıcısının fikrincə, əgər qlobal tədbirlər görülərsə, xəstəliyi azaltmaq 2021-ci ildə mümkün olacaq («Fox» telekanalı).
«Allaha şükürlər olsun, vaksin texnologiyası artıq var, maliyyələşdimə aparılır. Ona görə də mən optimist olaraq hesab edirəm ki, bu, əbədi davam etməyəcək» - Qeyts əlavə edib.
Bundn əvvəl milyarder COVİD-19 virusu ilə mübarizəyə öz fondundan 650 milyon dollar ayırıb. Bu zaman o, ABŞ-da koronavirusun çox yavaş testləşdirilməsindən və bir sıra ölkələrin vaksin uğrunda yarışa çıxmasından şikayətlənib.
Şəffaflıq.az
Facebook-da paylaş