Ermənistanda koronavirusdan ölənlərin sayı 911-ə çatdı
Ermənistanda son sutka ərzində 172 nəfər koronavirusa yoluxub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 45 675 yoluxma faktı qeydə alınıb.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 2 nəfər artaraq 911-ə çatıb. Ümumilikdə 41 605 pasiyent müalicə olunaraq sağalıb.
2 878 xəstənin müalicəsi davam etdirilir, 234 631 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistan hökuməti koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin bitməsi ilə əlaqədar 2021-ci il yanvarın 11-dək ölkədə karantin rejimi tətbiq etmək qərarına gəlib.
Facebook-da paylaş