İranda bir gündə koronavirusdan 199 nəfər öldü
İranda son 24 saat ərzində daha 199 nəfər COVID-19 yoluxucu xəstəliyi səbəbindən həyatını itirib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.Ötən gün ərzində ölkədə daha 2 388 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 264 min 561-ə çatıb. Bu günə qədər ümumilikdə 13 min 410 nəfər xəstəlik səbəbindən həyatını itirib, 227 min 561 pasiyent isə müalicə olunaraq sağalıb.
Xəstəlik səbəbindən həyatını itirənlərin arasında 140 nəfər tibb və sanitariya işçisinin olduğu bildirilib.
Ölkədə 2 milyon 48 min 49 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub.
Xəbəri paylaş
Facebook-da paylaş