İranda koronavirusdan ölənlərin sayı 10 minə çatır

 

İranda son 24 saatda daha 133 nəfərin koronavirusdan ölməsi ilə ümumilikdə xəstəlik səbəbindən həyatını itirənlərin sayı 9 996-ya yaxınlaşır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.

Onun sözlərinə görə, ötən gün ərzində daha 2 531 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla ölkə üzrə yoluxma hallarının ümumi sayı 212 501-ə çatıb.

172 096 pasiyentin müalicə olunaraq sağaldığı, ümumilikdə 1 502 525 nəfərin isə koronavirus testindən keçdiyi açıqlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}