İranda son sutkada 59 nəfər koronavirusdan ölüb

 

İranda koronavirusa yoluxanların sayı artıb.

Şəffaflıq.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 1 869 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 133 521-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 59 nəfər artaraq 7 359 nəfərə yüksəlib.

O həmçinin 2 633 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.


Bundan başqa, indiyədək 104 072 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}