Səudiyyə Ərəbistanının paytaxtı bombalanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad hücuma məruz qalıb. Yəmənin “Əl Husi” hərəkatının döyüşçüləri şəhəri bombalayıblar.
Şəffaflıq.az xəbər verir ki, husidlər “Samad3” pilotsuz aparatları ilə hücuma keçiblər. Bundan başqa, “Dul-Faqqar” ballistik raketindən istifadə olunub.
Yəmən döyüşçüləri məhz hansı məqsədlə belə addım atdıqlarını açıqlamayıb. Rəsmi Ər-Riyad da konkret mövqe bildirmir. Amma Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı gərginlik son illərin müzakirə mövzusudur.
“Əl Husi” hərəkatının nümayəndəsi Yəhya Saria deyib ki, belə hücum əvvəl-axır olmalıydı. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Yəməni daimi blokadada saxlayır və vaxtaşırı hücum edir.
Husidlər fevralın 15-də Səudiyyə Ərəbistanı qırıcısını vurmuşdu. Onda Yəhya Saria hücumun qarşısını aldıqlarını bildirmişdi.
Yəmənlə Səudiyyə Ərəbistanı arasındakı gərginlik 2014cü ildən sürür. “Əl Husi” hərəkatına İranın və “Hizbullah”ın dəstək verdiyi ehtimal olunur.
Facebook-da paylaş