Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanının paytaxtı bombalanıb

Səudiyyə Ərəbistanının paytaxtı bombalanıb


10-09-2020, 23:00

 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad hücuma məruz qalıb. Yəmənin “Əl Husi” hərəkatının döyüşçüləri şəhəri bombalayıblar.


Şəffaflıq.az xəbər verir ki, husidlər “Samad3” pilotsuz aparatları ilə hücuma keçiblər. Bundan başqa, “Dul-Faqqar” ballistik raketindən istifadə olunub.

Yəmən döyüşçüləri məhz hansı məqsədlə belə addım atdıqlarını açıqlamayıb. Rəsmi Ər-Riyad da konkret mövqe bildirmir. Amma Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı gərginlik son illərin müzakirə mövzusudur.

“Əl Husi” hərəkatının nümayəndəsi Yəhya Saria deyib ki, belə hücum əvvəl-axır olmalıydı. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Yəməni daimi blokadada saxlayır və vaxtaşırı hücum edir.

Husidlər fevralın 15-də Səudiyyə Ərəbistanı qırıcısını vurmuşdu. Onda Yəhya Saria hücumun qarşısını aldıqlarını bildirmişdi.

Yəmənlə Səudiyyə Ərəbistanı arasındakı gərginlik 2014cü ildən sürür. “Əl Husi” hərəkatına İranın və “Hizbullah”ın dəstək verdiyi ehtimal olunur.

Geri qayıt