Səudiyyə Ərəbistanı Amerika qüvvələrinin ölkəyə girişinə RAZILIQ VERDİ

 

Şəffaflıq.az xəbər verir ki, Səudiyyə İnformasiya Agentliyinin (SPA) ölkənin Müdafiə Nazirliyindəki bir mənbəyə istinadla verdiyi məlumata görə, kral Salman regionun təhlükəsizliyi və sabitliyin qorunması, sülhün təminat altına alınmasında əməkdaşlığın səviyyəsinin yüksəldilməsi məqdəsi ilə Amerika qüvvələrinin ölkəyə girişinə razılıq verib.

Mənbə bu qərarın iki ölkənin də bölgənin təhlükəsizliyi və sabitliyini qorumaq və gücləndirmək məsələsində həmrəy olduqlarını qeyd edib.
Xəbərdə ABŞ-dan Səudiyyə Ərəbistanına gələcək hərbçilərin sayı barəsində məlumat və digər detallar açıqlanmayıb.
Dünən CNN televiziyası ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarına istinad elədiyi xəbərində ABŞ-ın Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərində yerləşən Şahzadə Sultan Hava Bazasına 500 hərbçi göndərməyə hazırlaşdığını bildirmişdi.
“Newsweek” jurnalı isə 2017-ci ilin noyabrında yaydığı məqalədə Səudiyyə Ərəbistandakı Amerika hərbçilərinin sayının 850 nəfərə çatdığı xəbərini vermişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}