Qaşıqçının son sözləri ORTAYA ÇIXDI: 7 dəqiqə ərzində… - ŞOK AUDİOYAZI
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının son sözləri ortaya çıxıb.
Publika.az xəbər verir ki, jurnalistin son sözlərini “Daily Sabah” qəzetinin əməkdaşı Nazif Karaman “Əl-Cəzirə” telekanalına bildirib.
Materialda deyilir ki, səudiyyə jurnalistini, audioyazıya əsasən, təxminən 7 dəqiqə boğurdular.
“Mən boğuluram… Bu kisəni başımdan çıxardın”, - telekanal Qaşıqçının son sözlərini açıqlayıb.
Xəbəri paylaş
Facebook-da paylaş