Fransanın prezidenti: “Problemimiz türklərlə yox, Ərdoğanladır”
Türkiyənin Aralıq dənizində qaz yatağı tapması Yunanıstanla münasibətləri xeyli gərginləşdirib.
Yunanlar da bu məsələdə iddiasını ortaya qoyur.
Şəffaflıq.az xəbər verir ki, Fransa Aralıq dənizi gərginliyində Yunanıstanın yanındadır. Avropa dövlətinin prezidenti Emmanuel Makron açıq mətnlə danışmağı özünə rəva görür. Fransa dövlət başçısı Yunanıstanda qalmaqal yaradacaq ifadələr işlədib: “Bizim problemimiz türk xalqıyla yox, Ərdoğanladır.
Biz avropalılar olaraq Ərdoğana qarşı qəti və güclü olmalıyıq. Gərginliyin artmasından qaçmaq istəyirik, amma Türkiyə bəzi sahələrdəki mövqeyini dəqiqləşdirməlidir. Avropa Türkiyə ilə bağlı vahid mövqedən çıxış etməlidir”.
Makron türklərlə bağlı pis fikirdə olmadığını dəfələrlə vurğulayıb. Fransa prezidenti onların Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın davranışını bəyənmədiyini bir neçə dəfə söyləyib.
Avqustun son dekadasında Türkiyənin Aralıq dənizinin şərqində 320 milyard kubmetr qaz yatağı tapdığı elan olunmuşdu. Yunanlar türkiyəlilərin kəşfiyyat işləri zamanı beynəlxalq hüquq normalarını pozduğunu iddia edir.
Facebook-da paylaş