Ərdoğanın Makron haqqında söylədiyi sözlərə görə Türkiyənin səfiri Fransa XİN-ə ÇAĞIRILIB

 

Rəcəb Tayyib Ərdoğanın Emanuel Makron haqqında söylədiyi açıqlamadan sonra Türkiyənin Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yelisey Sarayı Ərdoğanın bu fikirlərini Fransa prezidentinə qarşı təhqir kimi qiymətləndirib.

Qeyd edək ki, bu gün Ərdoğan Fransa prezidentinin noyabrın əvvəlində “The Economist” nəşrinə müsahibəsi zamanı NATO barəsində işlətdiyi “ölmüş beyin” ifadəsini şərh edərkən bildirib ki, bu cür ifadələr yalnız Makron kimi beyini ölü olanlar üçün uyğundur.

Xatırladaq ki, Makron eyni zamanda Türkiyənin Suriyada həyata keçirdiyi “Barış bulağı” hərbi əməliyyatını antiterror koalisiyaya qarşı təhdid kimi dəyərləndirmişdi.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}