İranda güclü zəlzələ - 34 yaralı
İranın şimalında 5.1 bal gücündə zəlzələ baş verib.
Şəffaflıq.az xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 02:04-də Gülüstan vilayətində qeydə alınıb.
Zəlzələnin episentri Ramiyan bölgəsində, ocağı isə 9 km dərinlikdə yerləşib.
Yaşayış binalarının dağıldığı Elhadi və Quruçay kəndlərində axtarış-xilasetmə işləri davam edir.
Son məlumatlara görə, zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb. Onlardan 17-si xəstaxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.
Xəbəri paylaş
Facebook-da paylaş